AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
12 dekabr 2017 | 03:12   
Paylaşın:        
Dekabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
İclaslarda Avropada QHT-lərin fəaliyyəti, Bosniya və Herseqovinanın AŞPA qarşısındakı öhdəlikləri, 2017-ci il üzrə AŞPA-nın monitorinq prosedurlarının təkmilləşdirilməsi, Monteneqro və Gürcüstana fakt araşdırıcı səfərin nəticələri, Avropada demokratik təhlükəsizliyin qorunması, Belorusda və Misirdə vəziyyət, Liviyanın gələcəyi, Fələstin-İsrail probleminin ortaq həll yolu, Avropa Parlamenti ilə əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.
Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında deputat Vüsal Hüseynovun “İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU