MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
30 may 2012 | 03:05   
Paylaşın:        

Mayın 30-da Milli Məclis Sədrinin müavini Bahar Muradova Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşdü.
Səfir Bahar Muradovaya 28 may Respublika Günü və “Eurovision” mahnı müsabiqəsinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu yarışmada Ukrayna ən yüksək balını 12 bal olaraq Azərbaycana verdi və dost ölkənin uğurları həmişə bizi sevindirir.  Aleksandr Mişenko qeyd etdi ki, Azərbaycanla Ukrayna həmişə dost ölkələr olmuş, bu gün isə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu işdə ölkə başçılarının və parlamentlərin də xüsusi rolu vardır. Qeyd olundu ki, bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və onlar özlərini bu ölkənin tam hüquqlu vətəndaşı kimi hiss edirlər.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Bahar Muradova ölkəmizin “Eurovision” yarışmasına uğurla ev sahibliyi etməsindən dostlarımızın sevindiyini, düşmənlərimizin isə kədərləndiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan bu müsabiqəni uğurla keçirməklə verdiyi sözə yüksək səviyyədə əməl etdi. Bu uğura kölgə salmaq istəyən qüvvələr olsa da, onların niyyətləri baş tutmadı.
Vitse-spiker diqqətə çatdırdı ki, Azərbaycan və Ukrayna nümayəndə heyətləri bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında  qarşılıqlı maraqları müdafiə edir və bir-birilərinə güvənirlər. Xalqlarımız və dövlətlərimiz həmişə bir-birilərinin dəstəyini hiss etmiş və bu siyasət bundan sonra da davam etdirilməlidir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropaya inteqrasiya, beynəlxalq təşkilatlarda əməkdaşlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU