GUAM PARLAMENT ASSAMBLEYASININ SESSIYASINDA

XƏBƏRLƏR
15 dekabr 2017 | 04:12   
Paylaşın:        

Milli Məclisin GUAM Parlament  Assambleyasındakı  nümayəndə  heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli qurumun 10-cu sessiyasında  iştirak etmək üçün dekabrın  17-dən 19-dək  Gürcüstanda  səfərdə olacaqlar.
Tbilisidə keçiriləcək  toplantıda  regional  təhlükəsizlik  məsələləri, dayanıqlı gələcək, bərpa olunan enerji mənbələrinin inkişafı, transsərhəd  cinayətləri ilə mübarizə  mövzularında  fikir  mübadiləsi  aparılacaq.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz münasibətlərini  bildirəcəklər.
Tədbir çərçivəsində qurumun büro və komitə iclasları da  keçiriləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU