AVROPA PARLAMENTİ -AZƏRBAYCAN ƏLAQƏLƏRI YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

XƏBƏRLƏR
18 dekabr 2017 | 04:12   
Paylaşın:        

Dekabrın 18-də Milli Məclisin Avropa  İttifaqı  ilə əməkdaşlıq  komitəsinin üzvləri  ölkəmizdə səfərdə  olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü, Çexiya Respublikasının təmsilçisi Yan Zahradil ilə görüş keçirdilər.
Qonağı səmimi salamlayan komitənin həmsədri, deputat Cavanşir Feyziyev bildirdi ki, Avropa Parlamenti ilə Milli Məclis arasında 2016-cı ildə münasibətlər yenidən bərpa olunandan və parlamentlərarası əməkdaşlıq komitəsinin tərkibi yenidən formalaşdıqdan sonra fəal şəkildə əməkdaşlığa başlanılıb. Azərbaycan tərəfinin nümayəndələri bu iki il ərzində 4 dəfə Avropa Parlamentində olmuş, müxtəlif görüşlər keçirmiş, beynəlxalq tədbirlərdə iştirak etmişlər.  Avropa Parlamentinin nümayəndələri  də vaxtaşırı regiona  səfər  edir, ölkəmizdə  olurlar. Bu,  əlaqələrimizin möhkəmlənməsindən, daha da inkişaf etməsindən xəbər verir.
 Sonra Yan Zahradil səmimi görüş üçün minnətdarlığını  bildirdi və uğurlu əməkdaşlığa töhfə vermək üçün Azərbaycana konkret təkliflərlə gəldiyini, bu məsələlərin əməkdaşlığımızın daha da genişləndirməsi baxımından faydalı olacağını vurğuladı. Qeyd olundu ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycanla hərtərəfli əməkdaşlıq edən yeganə qurumdur. Eyni zamanda Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Yan Zahradil əlavə etdi ki, Azərbaycan parlamenti ilə qarşılıqlı  səfərlərin daha da  intensivləşdirilməsi  münasibətlərimizə  müsbət təsir  edəcək.
Söhbətdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində  fikir  mübadiləsi  aparıldı.
Görüşdə millət vəkilləri Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), Elman Nəsirov, Elşad Həsənov və digər  rəsmi şəxslər iştirak edirdilər.

 

 Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU