DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
30 may 2012 | 03:05   
Paylaşın:        

Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 30-dan Fransanın paytaxtı Paris şəhərində səfərdə olacaq.
İclasda Assambleyanın monitorinq proseduru qaydalarının təkmilləşdirilməsi məsələsinə baxılacaq, habelə qurumun təşkilata üzv ölkələr üzrə məruzəçilərinin hesabatları dinləniləcək.
Millət vəkili müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər iyunun 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU