DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
23 dekabr 2017 | 01:12   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər. Deputatlarımız, eyni zamanda, icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.
Səfər dekabrın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU