DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
12 yanvar 2018 | 06:01   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşır Feyziyev yanvarın 15-də  Fransanın Strasburq şəhərinə  səfərə gedəcək.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olan millət vəkilimiz Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü xanım Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında, həmçinin Milli Məclislə  Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılcaq. Ümumilikdə Cavanşir Feyziyevin  Avropa Parlamentinin 20-ə qədər üzvü ilə görüş keçirməsi gözlənilir.
 Sonra millət vəkili Parisə səfər edəcək. Burada o, Azərbaycan-Fransa Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü qismində Fransa Senatında bir sıra görüşlər keçirəcəkdir. Görüşlər zamanı ölkələrimiz arasında parlament əlaqələrinin hazırkı vəziyyəti və inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılacaqdır.
Səfər yanvarın 21-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU