DEPUTATIMIZ AVROPALI HƏMKARLARI İLƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

XƏBƏRLƏR
26 yanvar 2018 | 05:01   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev yanvarın 29-dan fevralın 1-dək Belçikanın paytaxtı Brüsseldə, fevralın 5-dən 8-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.
Səfər çərçivəsində millət vəkili Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla təşkilat arasında əlaqələrin hazırki durumu, əməkdaşlığın gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərin möhkəmlənməsində rolu və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU