PARLAMENTİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GÜCLƏNİR

XƏBƏRLƏR
29 yanvar 2018 | 04:01   
Paylaşın:        

Yanvarın 29-da  Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika  və  ekologiya  komitəsinin sədri  Valeh Ələsgərov ölkəmizdə  səfərdə olan Parlamentlərarası İttifaqda  “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat  Duarte Paçeko ilə  görüşdü.
Qonağı səmimi salamlayan Valeh Ələsgərov ölkəmizdəki  ictimai-siyasi vəziyyət, söz  və mətbuat  azadlığı, tolerant mühit, demokratiyanın təməl prinsiplərinin və insan hüquqlarının qorunması barədə ətraflı söhbət açdı.
Vitse-spiker qonağa Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı  məlumat verdi. Bu  münaqişənin nəinki ölkəmizi, eləcə  də regionu ciddi  təhdid altında  saxladığını vurğuladı. Ermənistanın işğalı   nəticəsində  20  faiz  torpaqlarımızın zəbt olunduğunu, 1 milyondan  artıq soydaşımızın  öz dogma yurd-yuvasında qaçqın  və məcburi köçkünə çevrildiyini dedi. Valeh Ələsgərov bəzən beynəlxalq təşkilatların ölkəmizə ikili standartlardan yanaşdığını da diqqətə  çatdırdı və Avropa ailəsinin üzvü olan Azərbaycan üçün bunun yolverilməz olduğunu vurğuladı.
Portuqaliyalı deputat Duarte Paçeko Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu” barədə ətraflı məlumat verdi. Bildirdi ki, “12 Plyus Geosiyasi Qrupu” tamlıqla Qərb modelinə əsaslanan bir qurumdur. Qrup insan hüquqları, demokratiya, qanunun aliliyi prinsiplərinə həssaslıqla yanaşır.
Görüşdə  qarşılıqlı  maraq  doğuran bir  sıra  məsələlər  barəsində   fikir  mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU