BALTİK ASSAMBLEYASI KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

XƏBƏRLƏR
07 fevral 2018 | 04:02   
Paylaşın:        

Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiyalar, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 8-də Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edəcək.
Toplantıda Avropa Komissiyasının “Bütün avropalılar üçün təmiz enerji” adlı layihəsi təqdim olunacaq, Baltik dövlətlərində elektrik enerjisinin istehsalı və Avropa şəbəkələri ilə uyğunlaşdırılması,  bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ilə əlaqədar məsələlərə baxılacaq.
Millət vəkili gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər fevralın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU