DEPUTATLARIMIZ ÇEXİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
02 iyun 2012 | 01:06   
Paylaşın:        

Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev iyunun 4-də Çexiyanın paytaxtı Praqaya səfər edəcəklər. Səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir.
Deputatlarımız burada ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, Senatın və Deputatlar Palatasının rəhbərliyi, dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Söhbətlər zamanı parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Səfər iyunun 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU