DEPUTATLARIMIZ AVSTRİYADA TİCARƏT SİYASƏTİ ÜZRƏ SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
09 fevral 2018 | 11:02   
Paylaşın:        

 Milli  Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə  Mərkəzi və Şərqi  Avropa, Mərkəzi Asiya  və Qafqaz  ölkələrinin parlament  üzvləri üçün ticarət siyasəti  üzrə  seminarda  iştirak etmək üçün  fevralın  12-dən  16-dək  Avstriyada  səfərdə olacaqlar.
 Ümumdünya Ticarət Təşkilatının və Vyana Birgə institutunun  təşkilatçılığı ilə baş tutacaq  toplantıda  ÜTT-nin regionlararası  ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət  sahəsində qanunvericiliyin təkmilləşdirilməsində  parlamentlərin rolu  və  digər  məsələlər  barədə  fikir  mübadiləsi  aparılacaq.
Millət vəkillərimiz müzakirə edilən məsələlər barədə  öz  fikirlərini  açıqlayacaqlar.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU