TÜRKİYƏDƏ XOCALI ŞƏHİDLƏRİNİN ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 fevral 2018 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatı Elman Məmmədov fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada  səfərdə olacaq.
Millət vəkili Ankaranın Qızılcahamam,  Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu  Universitetində  Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək  anım mərasimlərində iştirak edəcək.
Deputatımız həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit  Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və  rəsm sərgisinə qatılacaq.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən  ibarət sərgi təşkil  olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU