ALMANİYADA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ SİMPOZİUM KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 fevral 2018 | 06:02   
Paylaşın:        

Fevralın  22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş simpozium keçiriləcək.
Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədi Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.
Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə  Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər  geniş ictimaiyyətə    çatdırılacaq.
Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.
Səfər fevralın 25-də başa çatacaq.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU