MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
02 iyun 2012 | 01:06   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 3-də Parisə yola düşəcək.
Tədbirdə “Avropada müsəlman qadınlar” mövzusunda məruzə dinləniləcək, Fransada milli inkişaf, Avropada millətçilik, miqrasiya və ksenofobiyaya qarşı mübarizədə QHT-lərin rolu və digər mövzularda müzakirələr aparılacaqdır.
İclasda yeni məruzəçilərin və nümayəndələrin təyin edilməsi məsələlərinə də baxılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU