XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
21 fevral 2018 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatları Çingiz Qənizadə, Flora Qasımova və Hikmət Məmmədov Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə xarici ölkələrdə təşkil olunmuş bir sıra tədbirlərdə iştirak edəcəklər.
Millət vəkilləri Çingiz Qənizadə və Flora Qasımova fevralın 21-dən 23-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaqlar. Burada onlar Xocalıda hər iki valideynini itirmiş uşaqların acı taleyindən bəhs edən “Böyüməyən uşaqlar” adlı kitabın təqdimat mərasiminə qatılacaqlar. Sarayevo Beynəlxalq Universitetində keçiriləcək tədbirə diplomatik korpusun nümayəndələri, KİV, QHT təmsilçiləri, habelə Srebrenitsada yaşanan faciə qurbanlarının ailə üzvləri qatılacaqlar.
Sonra deputatlar Çingiz Qənizadə və  Hikmət Məmmədov  Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Burada onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin və Bağçılar Bələdiyyəsinin dəstəyi ilə salınmış Azərbaycan Dostluq Parkının açılış  mərasimlərində iştirak edəcəklər.
Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU