BÖYÜK BRİTANİYADA XOCALI QURBANLARI ANILACAQ

XƏBƏRLƏR
20 fevral 2018 | 03:02   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə keçiriləcək anım mərasimlərində iştirak etmək üçün fevralın 22-də Böyük Britaniyanın  paytaxtı London şəhərinə səfər edəcək.
Yığıncaqlarda Azərbaycanın Xocalı şəhərində erməni silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilmiş dinc insanların xatirəsi anılacaq,  Xocalıda baş vermiş faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Xocalı qətliamını əks etdirən sənədlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.
Cavanşir Feyziyev, eyni zamanda, İrlandiya Parlamentində bir sıra görüşlər keçirəcək, buradakı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparacaq.
Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU