İSTANBULDA “XOCALIYA ƏDALƏT” HƏFTƏSİ QEYD OLUNACAQ

XƏBƏRLƏR
21 fevral 2018 | 01:02   
Paylaşın:        

Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq, Yeni Yüzyıl, Bahçeşehir və Aydın Universitetlərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anma konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı qətliamı barədə çıxış edəcək.
Konfranslar zamanı universitetlərdə Xocalıda dinc əhalinin etnik mənsubiyyətinə görə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini əks etdirən fotoşəkillər, kitablar və digər sənədlərdən ibarət  sərgilər təşkil olunacaq. Tədbirlərdə Türkiyənin millət vəkilləri, rektorlar, bələdiyyə başçıları, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəklər.

 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU