İSRAİLDƏ XOCALI SOYQIRIMI ANILACAQ

XƏBƏRLƏR
21 fevral 2018 | 04:02   
Paylaşın:        
Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində  Heydər Əliyev Fondunun dəstəyi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcəkdir. 
Mərasimdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcəkdir.
İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcəkdir.
Səfər fevralın 25-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU