BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
19 dekabr 2011 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva dekabrın 21-dən 25-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Deputatımız Türkiyə Cümhuriyyəti Ailə və Sosial Siyasət Nazirliyinin  İKT Parlament İttifaqı çərçivəsində təşkil etdiyi “Dəyişən müsəlman cəmiyyətlərində qadınların rolu” mövzusunda Beynəlxalq konfransda iştirak edəcək.
Konfransı Türkiyənin Baş naziri R.T.Ərdoğan açacaq. Təntənəli açılış mərasimindən sonra “Səmərəli milli gender mexanizminin yaradılması: İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin  təcrübəsi” mövzusunda yüksək səviyyəli iclas keçiriləcək. Daha sonra plenar iclaslar olacaq. Moderatorlar “Qadınların siyasətdə iştirakı yolu ilə demokratiyanın möhkəmləndirilməsi”, “Dəyişən Yaxın Şərq və Şimali Afrikada qadın hüquqları”, “İslam və demokratiya”, “Vətəndaş cəmiyyəti və regional əməkdaşlığa imkan yaratmaq: “Gender bərabərliyi institutu”nun  təsis edilməsi” mövzularını təqdim edəcəklər.
Deputatımız müzakirələrdə fəal iştirak edəcək və ölkəmizin mövqeyindən məsələlərə münasibətini bildirəcək.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU