AZƏRBAYCAN, TÜRKİYƏ, GÜRCÜSTAN PARLAMENTLƏRİNİN XARİCİ ƏLAQƏLƏR KOMİTƏLƏRİNİN GÖRÜŞÜ OLACAQ

XƏBƏRLƏR
23 fevral 2018 | 04:02   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin  Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.
Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanacaq.
Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU