GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
27 fevral 2018 | 04:02   
Paylaşın:        

Fevralın 27-də  Milli Məclisin  Gənclər  və  İdman komitəsində Azərbaycan  Skautlar  Assosiasiyasının  prezidenti  Emin  Babayevin  başçılıq  etdiyi nümayəndə  heyəti ilə   görüş  keçirildi.
Komitə  sədri  Fuad  Muradov qonaqlara rəhbərlik etdiyi  komitənin işi, ölkədə gənclər siyasəti ilə bağlı həyata keçirilən  tədbirlər,  gənclərin asudə vaxtının təşkili  sahəsində  görülən işlər  barədə danışdı.  O, ötən il Azərbaycanda keçirilən 41-ci Skaut konfransının əhəmiyyətindən, gənclərin həyatında, onların vətənpərvərlik hisslərinin dərinləşdirilməsində bu platformanın rolundan,  hərəkatda öyrədilən təlimlərin  əhəmiyyətindən söz  açdı. Gələcək  fəaliyyətlərində onlara  uğurlar  arzuladı.
 Azərbaycan  Skautlar  Assosiasiyasının Prezidenti Emin Babayev  görüş  üçün minnətdarlığını  ifadə  etdi.  Artıq  3  gündür  assosiasiya  üzvlərinin  26 fevral – Xocalı soyqırımının  ildönümü  münasibəti ilə  yürüşə başladıqlarını bildirdi. Qeyd  olundu ki, yürüş çərçivəsində   müxtəlif  hərbi  hissələr  ziyarət  edilmiş, əsgərlərlə görüşlər  keçirilmiş,   Xocalı şəhidlərinin xatirəsinə 613  ağac  əkilmişdir.
 Türkiyə İşçi  Federasiyasının  prezidenti Hasan Dinçer Subaşı  bu il İslam-Qafqaz  Ordusunun  Bakıya  gəlişinin 100  illiyi  münasibəti  ilə  planlaşdırılan  tədbirlərdən söz  açdı.
 Görüşdə Milli Məclisin deputatları Ülvi Quliyev, Mahir  Abbaszadə, Elşad Həsənov,  Dünya  Skaut  Hərəkatı Təşkilatının üzvləri İlyas  İsmayıllı, Ramazan Kartal,  Tuncay Alkiraz, Nuri Karslı   iştirak  edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU