TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİRLƏR DAVAM EDİR

XƏBƏRLƏR
27 fevral 2018 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Kocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq. Eyni zamanda, Sakaryada şəhidlərə həsr olunmuş abidənin və Qarabağ adlı küçənin, İzmirdə ucaldılmış   Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin büstünün, Şəhidlər abidəsinin və parkın açılışı olacaq.
Səfər martın 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU