QDİƏTPM-nin TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
26 fevral 2018 | 04:02   
Paylaşın:        

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində  nümayəndə heyətimizin rəhbəri  Eldar Quliyev  və deputat Musa Quliyev fevralın 28-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.
Eldar Quliyev QDİƏTPM-nin İşçi Qrupunun görüşündə və qurumun Daimi komitəsinin  iclasında iştirak edəcək.
İşçi Qrupunun toplantısında qurumun prosedur qaydalarına təklif olunan düzəlişlər, Beynəlxalq Katibliyinin İşçi heyətinin tərkibində dəyişikliklərin edilməsi, maliyyə məsələləri müzakirə olunacaq. Daimi komitənin iclasında "QDİƏT Regionunda Parlamentlərarası Əməkdaşlığın 25 İlliyi" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
Musa Quliyev  QDİƏTPM-nin Büdcə-Audit komissiyasının  iclasında iştirak edəcək və müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.

 Səfər martın 3-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU