AVROPA PARLAMENTİNİN TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
03 mart 2018 | 10:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak etmək üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Deputatımız qurumda bir sıra deputatlarla, o cümlədən, Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun rumıniyalı üzvləri ilə  görüşlər keçirəcək.
Sonra Rumıniya Respublikası yaradılmasının 100 illiyi münasibətilə təşkil edilən tədbirlərə qatılacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU