DEPUTATLARIMIZ MDB PA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
28 fevral 2018 | 03:02   
Paylaşın:        

Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də  Rusiya Federasiyasına  səfərə gedəcəklər.
Millət vəkilləri Sankt-Peterburq  şəhərində keçiriləcək  Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri  komissiyasının  iclasına qatılacaqlar.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər.
Tədbirdə MDB-yə üzv  ölkələrin  nümayəndələri iştirak edəcəklər.
Səfər martın 3-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU