DEPUTATIMIZ RUSİYADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
10 mart 2018 | 01:03   
Paylaşın:        

Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 12-də Sankt-Peterburq şəhərinə səfər edəcək.
Millət vəkili Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaqlar. Seçki günü missiya üzvləri prosesin gedişatına, vətəndaşların fəallığına nəzər yetirəcəklər.
Səfər martın 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU