DEPUTATIMIZ AVROPA PARLAMENTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞƏCƏR

XƏBƏRLƏR
13 mart 2018 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentinin üzvləri ilə görüşlər keçirmək məqsədilə martın 13-dən Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olacaq, martın 19-da isə Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
Görüşlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.
Səfər martın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU