RUSİYADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
15 mart 2018 | 05:03   
Paylaşın:        

Xəbər verildiyi kimi, martın 18-də Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək. Həmin gün seçkilərin gedişini izləmək üçün Milli Məclisin bir qrup deputatı martın 16-dan etibarən Rusiyanın müxtəlif şəhərlərinə səfərə yola düşəcək.
Milli Məclis Sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov və deputat Rauf Əliyev paytaxt Moskvada, deputat Elmira Axundova isə Sankt-Peterburqda MDB PA-nın xətti ilə seçki prosesini izləyəcək.
Milli Məclisin komitə sədri Əli Hüseynli MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, deputat Sabir Hacıyev isə Milli Məclisin xətti ilə Rusiya paytaxtında prezident seçkilərinin gedişini müşahidə edəcək.
Deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.
Səfər martın 19-da başa çatacaq.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU