DEPUTATIMIZ BRÜSSELDƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

XƏBƏRLƏR
19 mart 2018 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Azər Kərimli martın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Millət vəkili Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırki durumu və gələcək inkişaf perspektivləri barədə söhbətlər aparılacaq.
Səfər martın 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU