TÜRKMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
19 mart 2018 | 10:03   
Paylaşın:        

Milli Məclisin deputatı Astan Şahverdiyev Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 22-dən 27-dək bu ölkənin paytaxtı Aşqabadda səfərdə olacaq.
Deputatımız MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. Müşahidəçilər seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına nəzər  yetirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU