MOSKVADA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
29 mart 2018 | 05:03   
Paylaşın:        
Milli Məclisin deputatı Mixail Zabelin Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün martın 29-dan 31-dək Rusiya Federasiyasında səfərdə olacaqdır. 
“Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinin əsas prinsipləri” mövzusuna həsr olunmuş konfransda iki ölkə arasında strateji əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunacaq, bu barədə müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU