ÜMUMÇİN GƏNCLƏR FEDERASİYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
12 aprel 2018 | 06:04   
Paylaşın:        

Aprelin 12-də  Milli Məclisin Gənclər  və idman  komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Ümumçin Gənclər Federasiyasının nümayəndə heyəti ilə görüşdü.
Fuad Muradov qonaqlara Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər, reallaşdırılan iri layihələr, ölkədə  yürüdülən gənclər siyasəti barədə ətraflı məlumat verdi. Ümumçin Gənclər Federasiyasının nümayəndə heyətinin Bakıya gəlişini Azərbaycanın tarixində mühüm siyasi hadisənin baş verdiyi bir zamanda səfər etdiyini deyən komitə sədri Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan dövləti gənclərin mükəmməl təhsil alması, onların potensial imkanlarından səmərəli istifadə etməsi üçün lazımi addımlar atır.
Sonra Fuad Muradov ölkədə gənclər siyasəti sahəsində qanunvericilik bazasının inkişafından söz açdı.  Azərbaycanda  Çin dilinin öyrənilməsi ilə bağlı  atılan  addımlardan  danışdı.
Ümumçin Gənclər Federasiyasının baş katibi Dong Xia təmsil etdiyi qurumun Azərbaycandakı gənclər təşkilatları ilə yaxşı əməkdaşlıq qurduğunu vurğuladı. Xanım qonaq Böyük İpək Yolu Gənclər  Təşkilatları ilə  əməkdaşlıqlarını   dərinləşdirmək  niyyətində olduqlarını  dilə gətirdi.
Görüşdə  iştirak  edən  millət  vəkilləri Şahin İsmayılov  və Sevinc  Hüseynova  da  Azərbaycan  xalqının  aprelin 11-də keçirilən Prezident  seçkilərində  qazandığı  qələbədə  gənclərin rolundan, ölkəmizdəki  300-ə yaxın gənclər  təşkilatlarının  fəaliyyətindən   söz  açdılar.
Söhbətdə  qarşılıqlı maraq  doğuran digər  məsələlər ətrafında  fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU