AVRONEST PA-nın BÜRO İCLASINDA

XƏBƏRLƏR
16 aprel 2018 | 06:04   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avronest Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 17-də Fransanın Strasburq şəhərinə səfər  edəcək.
Büro iclasında qurumun fəaliyyəti, üzv ölkələr arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Deputatımız gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər aprelin 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU