İSTANBULDA ƏTRAF MÜHİTƏ DAİR SEMİNAR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 aprel 2018 | 02:04   
Paylaşın:        
Aprelin 16-dan 18-dək Türkiyədə TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyası çərçivəsində “Tullantıların idarə olunması və genetik modifikasiya olunmuş orqanizmlərə dair qanunvericilik və onların icra olunması” mövzusunda seminar keçiriləcək.
Seminarda Milli Məclisin Səhiyyə Komitəsinin və TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanov iştirak edəcəkdir.
Komitə sədri müzakirə olunacaq mövzu barədə çıxış edəcək, qeyd və təkliflərini verəcəkdir.
Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə keçiriləcək tədbirdə bu sahədə çalışan ekspertlərin də iştirakı nəzərdə tutulmuşdur.


Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU