DEPUTATIMIZIN KİTABI MACAR DİLİNƏ TƏRCÜMƏ EDİLİB

XƏBƏRLƏR
27 aprel 2018 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova müəllifi olduğu kitabın təqdimat mərasimində iştirak etmək üçün aprelin 30-da Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.
Macar dilinə tərcümə edilmiş “Şəxsiyyət və zaman” adlı kitab Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyətinə həsr olunub. Əsərdə Heydər Əliyev haqqında xatirələr, həyatının müxtəlif dövrlərini əhatə edən tarixi hadisələr, foto-materiallar toplanıb.
Səfər mayın 3-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU