FRANSA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
02 may 2018 | 06:05   
Paylaşın:        
Mayın 2-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Parlamentinin sabiq üzvü, Azərbaycanın dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərliyi ilə Fransa nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşdülər. 
Fransanın ictimai, siyasi və mədəniyyət xadimlərinin, şirkət rəhbərlərinin də daxil olduğu 30 nəfərlik nümayəndə heyətini salamlayan Səməd Seyidov Azərbaycan-Fransa münasibətlərinin tarixi, parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşdü. Qonaqlar Azərbaycanda gördükləri tolerantlıqdan, inkişaf və sabitlikdən razılıqla danışdılar.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə  Milli Məclisin deputatları Sahibə Qafarova və Şahin İsmayılov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU