İƏT PARLAMENT İTTİFAQININ KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
11 may 2018 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Fələstin üzrə daimi komitəsinin növbədənkənar iclasında iştirak etmək üçün mayın 13-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcək.
Tədbirdə Yaxın Şərqdə cari vəziyyət və digər aktual məsələlər müzakirə olunacaq. Toplantının sonunda Tehran Bəyannaməsi qəbul ediləcək.
Səfər mayın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU