MDB PA-nın DAİMİ KOMİSSİYASINDA

XƏBƏRLƏR
16 may 2018 | 03:05   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.
Tədbirdə MDB-yə üzv dövlətlər üçün Miqrasiya Məcəlləsinin və Əmək Məcəlləsinin model layihələrinə baxılacaq, quruma üzv ölkələrdə miqrasiya sahəsində qanunvericilik, 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi ilə bağlı əməkdaşlıq proqramının həyata keçirilməsi, əhalinin əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məsləhət Şurasının fəaliyyəti və digər məsələlər barədə məlumat veriləcək.
Milli Məclisin komitə sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU