AŞPA-nın KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
21 may 2018 | 07:05   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 27-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
İclasda “Yeni media mühitində media sahələrinin öyrənilməsi”, “Demokratik cəmiyyətlərdə mədəni dəyərlərin qiymətləndirilməsi”, “Avropada mədəni irsin qorunması və inkişaf etdirilməsi”, “Yalan xəbərlər və təbliğat çərçivəsində ictimai xidmət medialarının rolu” mövzularında məruzələr dinləniləcək. Müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU