DEPUTATLARIMIZ SLOVAKİYADA

XƏBƏRLƏR
21 may 2018 | 06:05   
Paylaşın:        

Milli Məclisin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev, deputatlar Sədaqət Vəliyeva, Azər Badamov Slovakiyanın paytaxtı Bratislavada səfərdədirlər.
Millət vəkilləri Azərbaycan-Slovakiya əlaqələrinin 25 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Deputatlarımız səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi  barədə fikir mübadiləsi aparacaqlar.
Səfər mayın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU