DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
21 may 2018 | 11:05   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir  Hacıyev AŞPA-nın  Siyasi  İşlər  və Demokratiya  Komitəsinin  iclasında  iştirak  etmək  üçün  mayın 21-dən 23-dək Yunanıstanda  səfərdə olacaq.
Ölkənin paytaxtı Afinada  keçiriləcək  toplantıda Misirdə siyasi vəziyyət, Antikorrupsiya  Konvensiyası üzrə  Avropa  Akademik Şəbəkəsinin yaradılması, terrordan zərərçəkənlərin müdafiəsi, Suriyadakı  vəziyyətin qonşu ölkələrə  təsiri məsələləri  müzakirə  ediləcək.
Deputatımız  müzakirə  ediləcək məsələlərə öz  münasibətini  bildirəcək.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU