NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
24 may 2018 | 05:05   
Paylaşın:        
Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. 
Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır. 
NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır.

    Milli Məclisin    
        Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU