DEPUTATLARIMIZ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
01 iyun 2018 | 01:06   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik  Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.
Forumda XXI əsrdə dünya iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi bazanın təmin edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər mövzuları əhatə edən müxtəlif  seksiyalarda müzakirələr aparılacaq.
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək toplantıya qatılacaq. Tədbirdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin ticarətinə, ekstremizmə qarşı milli və beynəlxalq hüquqi mexanizmlər, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi, qaçqınlar problemi və miqrasiya siyasətinin təkmilləşdirilməsinə dair  məsələlər  müzakirə olunacaq.
Səfər iyunun 6-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU