DEPUTATIMIZ AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
02 iyun 2018 | 01:06   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa  Şurası Parlament  Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək  Fransada səfərdə olacaq.
Parisdə  keçiriləcək  komitələrin iclaslarında Suriyaya qonşu  ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni  texnoloji  vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspora  təşkilatlarının fəaliyyəti,  uşaqlara  qarşı  zorakılıqla  mübarizə  və digər  məsələlər barədə  fikir  mübadiləsi  aparılacaq. Deputatımız  müzakirə  olunan  məsələlərə öz münasibətini  bildirəcək.
Daha  sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq  və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda Yerli özünüidarəetmə  Proqramı”  çərçivəsində təcrübə mübadiləsi toplantısında  iştirak etmək  üçün  Avstriyanın paytaxtı Vyanaya  səfər edəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti
 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU