PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
11 iyun 2012 | 06:06   
Paylaşın:        

Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar.
Millət vəkilləri Haaqa şəhərində keçiriləcək Benelüks Paralmentinin sessiyasında iştirak edəcəklər.
İclasda kiber cinayət, üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.Tədbirə GUAM Parlament Assambleyasının sədri qismində qatılacaq Elton Məmmədov rəhbərlik etdiyi qurumla Benelüks Parlament Assambleyası arasında gələcək əməkdaşlığın perspektivləri, təşkilatın stukturu və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.
Səfər iyunun 18-də başa çatacaq.

٭٭٭

Milli Məclisin deputatı Fuad Muradov iyunun 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.
Millət vəkili burada Avropanın Mühafizəkarlar və İslahatçılar Alyansının keçirdiyi konfransda iştirak edəcək. Tədbirdə Avropa ölkələrində  fərdi azadlıq, demokratiya, azad ticarət mövzuları ətrafında müzakirələr aparılacaq.
Səfər iyunun 16-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU