PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
21 iyun 2018 | 06:06   
Paylaşın:        

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini  müşahidə etmək üçün Milli Məclisin bir qrup deputatı bu ölkəyə səfər edəcək.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, millət vəkilləri İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının  tərkibində seçkilərə qatılacaqlar.
Deputatlarımız Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.
Səfər iyunun 25-də başa satacaq.

*     *     *

Türkiyədə missiyasını başa vuran deputat Sabir Hacıyev sonra  parlament nümayəndə heyətinin tərkibində AŞPA-nın yay sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə yola düşəcək.

*     *     *

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak etmək üçün iyunun 21-dən 22-dək Ukraynanın paytaxtı Kiyevdə səfərdə olacaqlar.
 “Made in Azerbaijan” brendinin təşviqi ilə əlaqədar həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri çərçivəsində yaradılan Ticarət Evi ölkəmizdə istehsal olunan məhsulların ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması sahəsində fəaliyyət göstərəcək.

*     *     *

Milli Məclisin deputatı Elşən Musayev Avropa Şurasının və Avropa İttifaqının “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” adlı birgə layihəsi  çərçivəsində iyunun 26-da Sloveniyanın Lyublana şəhərinə səfər edəcək.
Aidiyyəti hökumət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də qatılacağı səfər qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına dair təcrübənin öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bununla əlaqədar iki ölkənin nümayəndə heyətləri arasında bir sıra görüşlər keçiriləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər iyulun 1-də başa çatacaq.

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU