MİLLİ QURTULUŞ GÜNÜ MOSKVADA DA QEYD OLUNACAQ

XƏBƏRLƏR
12 iyun 2012 | 06:06   
Paylaşın:        

Milli Məclisin deputatları Rasim Musabəyov, Ceyhun Osmanlı və Mixail Zabelin iyunun 13-də  Rusiyaya səfər edəcəklər.
Millət vəkilləri Moskva şəhərində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Bayram mərasimlərində ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixi günün əhəmiyyəti barədə söhbət açılacaq, ulu öndərin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışılacaq.
Səfər iyunun 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU