AVRONEST PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASINDA

XƏBƏRLƏR
22 iyun 2018 | 06:06   
Paylaşın:        

 Avronest Parlament Assambleyasında nümayəndə  heyətimizin rəhbəri  Sahibə Qafarova, deputatlardan Məlahət  İbrahimqızı, Cavanşir Feyziyev, Azər Kərimli, Tahir Mirkişili, Rasim Musabəyov qurumun 7-ci plenar  sessiyasında  iştirak  etmək üçün  iyunun 24-dən 28-dək  Belçikada  səfərdə olacaqlar.
 Ölkənin paytaxtı Brüsseldə  keçiriləcək sessiya çərçivəsində Siyasi məsələlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər komitələrinin iclasları da olacaq.  İclaslarda Avropa  İttifaqı  və  Şərq  Tərəfdaşlığı  ölkələrində  təhlükəsizlik  çağırışları, bu ölkələrə  xarici  investisiyaların qoyulması, qeyri-rəsmi əmək  məsələlərinin həlli və işçilərin sosial  təhlükəsizliyinin gücləndirilməsi məsələlərinə baxılacaq.
Deputatlarımız  müzakirə ediləcək məsələlərə öz  münasibətlərini bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU