AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

XƏBƏRLƏR
22 iyun 2018 | 05:06   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcəkdir. Sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, İqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzularında müzakirələr aparılacaqdır. 
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU